Zaqatala Tarix-Mədəniyyət qoruğu

sulh kucesi 12, Zaqatala, 6202
Zaqatala Tarix-Mədəniyyət qoruğu Zaqatala Tarix-Mədəniyyət qoruğu is one of the popular Government Organization located in sulh kucesi 12 ,Zaqatala listed under Government organization in Zaqatala ,

Contact Details & Working Hours

More about Zaqatala Tarix-Mədəniyyət qoruğu

ZAQATALA QALASI

Zaqatala Azərbaycanın Şimal-qərbində , Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında Qanıx – Əyriçay vadisində yerləşir. Rayonun ərazisi 1348 kv km olub dağlıq və düzənlik sahədən ibarətdir. Əhalisi 120 min nəfərdir. Zaqatala şimaldan Rusiya Federasiyası ilə, cənubdan Gürcüstan Respublikası ilə ,şərqdən Azərbaycan Respublikasının Qax rayonu ilə , qərbdən Azərbaycan Respublikasının Balakən rayonu ilə həmsərhəddir.
Keçmiş Car – Balakən ərazisi hərbi – strateji cəhətdən çox əlverişli idi. Belə ki, Azərbaycanın şərqinə Şəki – Şamaxı – Bakı istiqamətlərinə və Dağıstana gedən yollar buradan keçirdi. Əlverişli hərbi – strateji mövqeyə malik olan Zaqatala hələ qədim zamanlarda xarici qəsbkarların diqqətini cəlb etmişdir. Car – Balakən qəzası Rusiyanın təəbəliyinə keçdikdən sonra ( 1804-cü il ) onun hərbi – strateji əhəmiyyətini nəzərə alan çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikdirmək qərarına gəlmişdi.
Zaqatala qalası Zaqafqaziyada olan rus qoşunlarının komandanı general feld-marşal Paskeviçin əmri ilə tikilmişdir. Qalanın tikilməsi üçün əlverişli olan yer Paskeviç tərəfindən seçilmiş və burada yaşayan əhali başqa yerə köçürülmüşdür. Qalanın tikdirməkdə çar hökuməti iki məqsəd güdürdü.
1. Rus işğalçılarına qarşı gələcəkdə yerli əhalinin qaldıracağı qiyam və üsyanların yatırılmasında dayaq məntəqəsi rolunu oynamalı.
2. Dağıstanı cənubdan tutmaq üçün.
Artıq 1830-cu il böyük qüvvələr qarşısında tab gətirə bilən Zaqatala qalasının divarlarının tikintisinə başlanıldı. .
Üçbucaq şəklində olan qalanın iki tərəfi şərq və qərbdən sıldırımdır. Şimal tərəfdən yer səviyyəsindədir. Mühafizə məqsədi ilə hasarın çöl tərəfindən eni 10 metr dərinliyi 5 metr olan xəndək qazılmışdır. Qalanın sahəsi 11,5 hektardır, divarların uzunluğu 3000 metr, hündürlüyü 3-5 metrdir. Qalanın 3 böyük qapısı var.
1. ŞƏRQ QAPISI. Zabit qapısı adlanır. Bu qapıdan rus ordusunun komandir heyəti istifadə edirdi. Qapı Zaqatala şəhərinə açılır.
2. ŞİMAL QAPISI. Əsgər qapısı adlanır. Əsgərlər təlim keçmək üçün bu qapıdan qaladüzünə çıxırmışlar.
3. ŞİMAL-QƏRB QAPISI. Nəqliyyat qapısı adlanır. Qalaya qoşun üçün lazım olan ərzaq, silah, hərbi sursat bu qapıdan daşınırdı.
Qalada daimi olaraq 2500 əsgər, bəzən isə vəziyyət hərbi xarakter aldığı zaman Zaqatala qalasında 8-10 minə qədər əsgər yerləşdirilmişdir
Zaqatala qalası XIX əvvəllərində tikilsədə köhnə sistemli qaladır. Qalanın şimal- qərb bürcü müşahidə bürcü olumuşdur. Bürc iki mərtəbəli olub üstünə çıxmaq üçün torpaq yol salınmışdır.Onun altında və divar boyu içəri tərəfdən dustaqları saxlamaq üçün kameralar, karserlər və həbsxanalar tikilmişdir.
Qala XIX əsr tikilisi olmasına baxmayaraq orta əsr qalalarında olduğu kimi mühasirədən çıxmaq üçün qalanın altından yeraltı iki yol çəkilmişdir. Yeraltı yollar qalanın altı ilə iki istiqamətdə uzanır.
1. Qala ərazisindəki kilsənin yanından şəhərə doğru.
2. Qalanın ərazisindən şimala qaladüzü istiqamətinə gedir.
Müxtəlif vaxtlarda böyük hərbi qüvvələr qalanı mühasirədə saxlasalarda onu ələ keçirə bilməmişlər. 1830-cu il Zaqatala üsyanına kömək məqsədi ilə Dağıstanın imamı Həmzət bəy 2000 nəfərlik qoşunla qala üzərinə hücuma keçdi. Məğlubiyyətə uğrayan çar qoşunları hələ tikintisi tam başa çatmayan qala divarları arxasında müdafiəyə çəkilərək kömək üçün yeni qüvvələr gözlədilər. Qalani hücumla ala bilməyəcəyini yəqin edən Həmzət bəy onu mühasirədə saxlamalı olur. Ancaq tezliklə 4500 nəfərlik rus qoşunu mühasirədə qalanların köməyinə gəldi. Böyük qüvvə üstünlüyünə malik olan rus qoşunları üsyanı amansızcasına yatırdılar.
Şeyx Şamil hərəkatı dövründə ( 1834-1859 ) qala rus ordusunun düşərgəsi və başlıca hərbi məntəqəsi idi. 1859-cu ildə Şamil 15 minlik qoşunla Cara gəldi. Onun məqsədi Zaqatala qalasını tutub vilayətdəki rus qoşununu məhv etmək idi. Lakin qalanı tutmaq bu məhşur sərkərdəyə də nəsib olmadı.
1863-cü il Zaqatalada böyük üsyan baş verdi. Üsyana keçmiş çar zabiti əslən Balakənli olan Hacı Murtuzun və Kebeloba kəndindən Zəngi Əfəndinin başçılığı altında üsyançı dəstələr Zaqatala qalası üzərinə hücuma keçdi. Üsyanın başlıca siması Zəngi Əfəndi idi. Şiddətli top atəşləri onları pərən-pərən saldı. Çarizmin müstəmləkəçilik siyasətinə qarşı başlanmiş daha bir azadlıq mübarizəsi yatırıldı. Üsyan yatırıldıqdan sonra üsyanın başçıları hesab olunan 18 nəfər qala qüzü ərazisində edam olunur, onların içərisində Zəngi Əfəndi də vardı.
1864-cü ildə Dağıstan Rusiyaya birləşdirildikdən sonra yəni Qafqaz qəti olaraq Rusiyaya birləşdirildikdən sonra Zaqatala qalası öz əvvəlki hərbi əhəmiyyətini itirmişdi. Lakin belə bir qalanın həm də Rusiyanın mərkəzindən çox uzaqlarda,ucqar bir yerdə olması imperator II Nikolayın yadından çıxmamışdı: 1905-ci il inqilabı çaxnaşmaları Rusiyanın hər tərəfini bürüdüyü zaman bu qalanın mövcud olması təzədən yada düşmüşdü. “ Potyomkin “ gəmisi matroslarının üsyanı siyarətedici xəstəlik kimi imperiyanın başqa donanmalarına da yayılmışdı. Məlum olduğu kimi “ Potyomkin “ zirehli gəmisi Pumıniya hakim dairələri tərəfindən Rusiyaya qaytarıldıqdan sonra onun adını bir daha xatırlatmamaq üçün gəmiyə yeni bir ad verilmişdir: “ Svyatoy Panteleymon “. Lakin gəminin adı dəyişdirilsə də onun matroslarını dəyişdirmək mümkün olmadı.1905-1907-ci il inqilabından sonra inqilab ruhunu Rusiya mərkəzindən uzaqlaşdırmaq və matrosların qəlbindən çıxarmaq üçün imperator Zaqatala qalasını münasib bildi.
Bu matrosların inqilabi ruhunu boğmaq, onları diz çökdürmək, Xarkov ətrafında öz qəddarlığı ilə məşhur olan kapitan Dobrovolskiyə tapşırıldı. İnqilabçı matrosların Zaqatalaya sürgün edilməsi Zaqatala qalasının adını bir daha tarixə yazdı.Qalada 201-ci Lebedinski ehtiyat polkunun II batalyonu yerləşdirilmişdi. Dobrovolskiyə podpolkovnik rütbəsi , və külli ixtiyar verildi. Dobrovolski imperatorun qarşısında diz çöküb and içdi ki,bütün qüvvəsini sərf edərək matroslarda inqilab adina nə varsa hamısını son zərrəsinə qədər vurub çıxaracaq, onları imperiya qarşısında müti bir qul kimi diz çökdürəcəkdir və bu yolda heç bir şeyini əsirgəməyəcəkdir.
Dobrovolskinin batalyonu yarısı piyada əsgərlərdən yarısı da əyninə boz əsgər şineli geydirilmiş Qara dəniz matroslarından ibarət idi. Sayı 400-ə çatan bu matroslara silah etibar edilmirdi.Matrosları daim nəzarət altında saxlayır, onları çox incidirdilər.Batalyonda inqilabi əhval – ruhiyyə hökm sürməkdə idi. Matroslar batalyon komandiri Dobrovolskiyə xüsusilə nifrət edirdilər.Batalyonda yaradılmış inqilabi özək Dobrovolskinin öldürülməsi haqda qərar çıxarır. Bunu matros Kuk etməli idi.Ancaq satqınlıq nəticəsində o ələ keçdi. Bu işi matros Stepan Demeşko başa çatdırdı. O, 1907-ci il iyulun 10 – da axşam batalyon rotalarından birini yoxlayıb evə qayıdan Dobrovolskini qalanın zabit qapısından bir qədər aralıda qalaya qalxan yolda qüllə ilə vurub öldürdü.
Hərbi məhkəmənin hökmü ilə S. Demeşko 1907-ci il sentyabrin 7-də V Plastun batalyonunun kazakları tərəfindən güllələndi.
Böyük Oktyabr sosialist inqilabından sonra Çar qoşunları Zaqatala qalasını tərk edib Rusiyaya qayıtmalı oldular. Musavat hakimiyyəti zamanı Zaqatala qalasında Əhməd bəy Dibirovun komandan olduğu Musavat piyada polku yerləşdirilmişdi. Azərbaycanda Sovet hakimiyyətinin ilk günlərindən Zaqatala qalası qəza inqilab komitəsinin qərargahına çevrildi. Z. Balaxlinski , F. Kutsin, S, Qocayev , M. Qocayev və başqa inqilabçılar rayondakı inqilabi mübarizəyə məhz buradan rəhbərlik edirdilər.
Banditizmə qarşı mübarizə aparan çekistlərin Dövlət Siyasi İdarəsi burada yerləşirdi.Sonralar qala ərazisində azyaşlıların islah olunması üçün təcridxana, Tütün kombinatı, Rayon Mərkəzi xəstəxanası, 1967-ci ildən Zaqatala diyarşünaslıq muzeyi, mebel fabriki, 1№ li internat məktəbi, Gənc Texniklər Stansiyası fəaliyyət göstərmişdir.
Müstəqillik elan olunduqdan sonra Daxili qoşunların N saylı hərbi hissəsi qalada yerləşirdi. Hal-hazırda Zaqatala Dövlət Rəsm qalereyası qalada yerləşir. Zaqatala qalasında “ Yenilməz batalyon” , “ Cavad xan” filmləri çəkilib.
Azərbaycan SSR Nazirlər Sovetinin 24 yanvar 1984-cü il tarixli 22 saylı qərarına əsasən Zaqatala qalası Tarix – mədəniyyət qoruğu elan olunmuşdur.

Map of Zaqatala Tarix-Mədəniyyət qoruğu